İQTİSADİYYAT


Azərbaycan Seuldakı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının 34-cü iclasında təmsil olunur

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının 34-cü iclasında təmsil edilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda 2018-ci il üçün yükdaşımalar üzrə DYƏT Komissiyasının fəaliyyətinin nəticələri, ötən il infrastruktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının 35-ci iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunur.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Yekunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.