ORDU
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə
Oktyabrın 20-dən 21-dək Litvanın Rukla şəhərində Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və burada təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbulda Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi keçiriləcək. Həmçinin İzmirdə əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması və Brüsseldə tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursları, oktyabrın 21-dən noyabrın 13-dək Manamada “Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014” yekun planlaşdırma konfransı təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.