İQTİSADİYYAT
Azərbaycan Tbilisidəki beynəlxalq sərgidə təmsil edilir
Tbilisi, 13 iyun, AZƏRTAC
Azərbaycan Tbilisidə keçirilən XXII beynəlxalq şərab və spirtli içkilər sərgisində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, 50-dək şirkətin iştirak etdiyi sərgidə Azərbaycanı ilk dəfə “Az-Granata” MMC təmsil edib. “Az-Granata” sərgidə 20-dək şərab və spirtli içki, eləcə də müxtəlif növ şirələr nümayiş etdirib.
Sərgi iştirakçıları Azərbaycan guşəsinə baş çəkib, məhsullarımızın dadına baxıblar.
Gürcüstanın Kənd Təsərrüfatı naziri Levan Davitaşvili Azərbaycan pavlionunda olub, ölkəmizin şərabçılıq məhsullarının sərgidə nümayişini yüksək qiymətləndirib.
Nazir hər iki ölkənin kənd təsərrüfatı, şərabçılıq və digər istehsal şirkətləri arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da sərgidə iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi