Azərbaycan Tehranda beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunacaq
AzerTAg.az
Tehran, 6 may, AZƏRTAC
İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə mayın 11-dən 21-dək Tehranda 33-cü beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu il fəaliyyətini bərpa edən sərgi-yarmarkada dünyanın 170 ölkəsinin kitab evi, nəşriyyatı və kitabxanasının iştirakı nəzərdə tutulub. Artıq 14 xarici nəşriyyat evi sərgi-yarmarkada iştirak etmək üçün sifariş verib.
Ənənəvi olaraq Tehranda keçirilən bu tədbirdə Yaxın Şərq, Asiya və Avropa ölkələrində fəaliyyət göstərən tanınmış nəşriyyatlar və kitabxanalar iştirak edir. Sərgi-yarmarka çərçivəsində dünyaca tanınmış yazıçıların imza günləri keçirilir.
Bu il keçiriləcək sərgi-yarmarkada ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası təmsil edəcək.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar 2020-2021-ci illərdə bu sərgi-yarmarka keçirilməyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin mətnində orfoqrafik səhv var