ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində Ümumdünya Standartlar Gününə həsr edilən elmi-praktik seminar keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) 14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş respublika elmi-praktik seminar keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyev standartların insan həyatında müstəsna rolundan söz açıb. O bildirib ki, universitetdə fəaliyyət göstərən Metrologiya və standartlaşdırma kafedrası tərəfindən güclü maddi-texniki baza yaradılıb, respublika və beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri qurulub. Universitetdə yeni standartların yaranması istiqamətində Türkiyə və digər ölkələrlə birgə layihələr planlaşdırılır.

Seminarda mövzu ilə bağlı elmi məruzələr dinlənilib.

Sonda AzTU ilə “Globtel solutions” və “Azesert” MMC arasında universitet-biznes əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb.

Tədbirdə yüksəkixtisaslı kadrlar hazırlanmasında fərqlənən bir qrup müəllim və əlaçı tələbələr fəxri fərman və sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.