ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində beynəlxalq layihəyə start verilib
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) ESTIEM LG Baku “Europe3D Azerbaijan” layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən 25 tələbə Bakıya gəlib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, martın 20-dən 27-dək reallaşdırılacaq layihədə Azərbaycanın iqtisadi, siyasi və mədəni təqdimatı keçiriləcək. Təlimlərdə iştirak edəcək xarici tələbələr tariximiz, iqtisadiyyatımız və mədəniyyətimiz ilə yaxından tanış olacaqlar.
AzTU-nun nəzdində fəaliyyət göstərən “ESTIEM LG Baku”nun təşkilatçılığı ilə reallaşacaq forumda əsasən mühəndislik və menecment ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər. Forum çərçivəsində iştirakçı tələbələrin Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları ilə görüşləri və bəzi məkanlara ekuskursiyalar da nəzərdə tutulub.