REGİONLAR


Azərbaycan Texnologiya Universiteti beynəlxalq sərgidə UTECA Texnoparkının məhsullarını sərgiləyəcək

Gəncə, 10 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə Azərbaycan Texnologiya Universitetinə aid stenddə UTECA Texnoparkının yüngül sənaye, o cümlədən xalçaçılıq, şərab, gön-dəri və sair məhsulları sərgilənəcək.

Qeyd edək ki, Azərbaycan beynəlxalq karyera sərgisi hər il aparıcı ali və orta ixtisas təhsili müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Məhz bu təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.