CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 9 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Təbriz Tibb Universitetində olub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin rəhbəri, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin sözlərinə görə, üç gün ərzində keçirilən görüşlər iki universitet arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması ilə yekunlaşıb: “Bu günlər ərzində həmin universitetin rektoru, prorektorları və rəsmiləri ilə bir sıra görüşlər keçirdik. Görüşdə ATU haqqında geniş məlumat verdik. Təbriz Tibb Universitetinin mehmanxanası, simulyasyon mərkəzi ilə tanış olduq. Gələcəkdə ATU-dan rezidentlərin kurasiya üçün Təbriz Tibb Universitetinə göndərilməsi məsələsi ilə bağlı tərəflər arasında müzakirə aparılıb. İlk dövrdə 20-yə yaxın rezidentin Təbriz Tibb Universitetinin fərqli bazalarına göndərilməsinə qərar verilib”.

Prorektor memorandumun rektor Gəray Gəraybəyli tərəfindən imzalandığını, orda aparılan müzakirələr nəticəsində sənədə bir neçə əlavə və dəyişikliyin edildiyini vurğulayıb.

Təbriz Tibb Universitetinin rektoru professor Mohammad Hossein Sami qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.