CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin tələbələri Çin Tibb Universitetinin onlayn dərslərinə qoşulublar

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika, hərbi tibb və ictimai səhiyyə fakültələrinin 89 tələbəsi 2020-2021-ci tədris ilinin yaz semestrində Çin Tibb Universitetinin təşkil etdiyi onlayn dərslərə qoşulub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tələbələr ingilis dilində tədris olunan üç fənn - “Cərrahiyyə”, “Diaqnostika” və “Ənənəvi Çin tibbi-akupunkturası” üzrə dərslərdə iştirak ediblər. Kursun sonunda müvafiq imtahandan keçdikdən sonra ATU tələbələri rəsmi sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, həmin dərslərin təşkili ATU-nun üzvü olduğu “Bir kəmər – bir yol” Beynəlxalq Tibb Təhsili Alyansı (BRIMEA) çərçivəsində əməkdaşlıq sayəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.