ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində Elmi şuranın növbəti iclası keçirilib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın növbəti iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda ATMU-da 2020-2021-ci tədris ilində dövlət imtahanının təşkili, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin görülmüş işlər barədə hesabatı, Beynəlxalq münasibətlər kafedrasının fəlsəfə doktoru proqramı, akademik heyətin işə qəbuluna dair təlimat, işə qəbul müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiqi, doktorant Aidə Bayramovanın dissertasiya mövzusunun və elmi rəhbərinin təsdiqinin Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tövsiyə edilməsi və digər məsələlər müzakirə edilib.

İclasda dövlət imtahanına hazırlığın vəziyyəti qənaətbəxş qiymətləndirilib, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin hesabatı qəbul olunub. Həmçinin Elmi şuranın üzvləri Samirə Əmirovanın Dillər kafedrasının dosent əvəzi vəzifəsinə təyin olunması lehinə yekdilliklə səs veriblər. ATMU-nun doktorantı Aidə Bayramovanın dissertasiya mövzusu Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.