ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində infosessiya təşkil olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün “Dil qiymətləndirmə imtahanları - Kembric ingilis dili üzrə kvalifikasiyalar” mövzusunda infosessiya təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi, təlimçi Gülçöhrə imtahanlar. xüsusilə Kembric ingilis dili üzrə kvalifikasiyalara dair təqdimatı tələbələr tərəfindən maraqla qarşılanıb.
İnfosessiyada “Dövlət İmtahan Mərkəzi: Beynəlxalq imtahanlar”, “Xaricdə təhsil üçün vacib olan imtahanlar”, “Dil qiymətləndirmə üzrə imtahanlar”,” İxtisaslaşma-peşəkar biliyin qiymətləndirilməsi üzrə imtahanlar”, “Kembric ingilis dili üzrə kvalifikasiyalar nədir”, ”Nəyə görə Kembric ingilis dili imtahanları”, “İmtahanlarda kimlər iştirak edə bilər”, “Kembric ingilis dili kvalifikasiyalarının digərlərindən fərqli və üstün cəhətləri” mövzularına da aydınlıq gətirilib.