Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti

Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti

Bakı, 16 iyun, AZƏRTAC

Gözümüzün önündə tarix yaşanır – bir zamanlar təsəvvür belə edə bilməyəcəyimiz, əfsanə, dastan kimi bir tarix... Bu tarixin ayrılmaz parçaları olduğumuz üçün bəlkə də dünyanın ən xoşbəxt adamlarıyıq. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan minillik arzularımız, ümidlərimiz gerçəkləşir. Bütün bunları soyuqqanlı bir şəkildə izləmək mümkün deyil. Tarixi yaradanların, zamanın cilovunu əjdaha ağzından alıb işıqlı sabahımız üçün dördnala çapdıranların iti zəkasından, dəmir iradəsindən, Vətən sevdasından doğan, əbədiyyətə qədər unudulmayacaq bu möhtəşəm anları da, həmçinin ifadə etməkdə “əlahəzrət söz” aciz qalıb.

Gözümüzün önündə Şuşa Bəyannaməsinə atılan imzalar xoşbəxt gələcəyimizin, birliyimizin rəsmini çəkir, tarix yaradanların adlarını tarixə həkk edir...

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasıdır. Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik Bəyannaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa Bəyannaməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hür olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi ekspert Elçin Mirzəbəylinin “Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. Məqalədə, həmçinin deyilir:

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti onun Azərbaycana qarşı bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir

Şuşa Bəyannaməsi məkan baxımından tarixi əhəmiyyəti, sənədin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycan türklərinin, azərbaycanlıların, bütövlükdə türklüyün milli ruhunun, Vətən sevdasının, mübarizə əzminin, iradəsinin, fədakarlığının, döyüş bacarığının gerçək nümunəsi olan misli görünməmiş bir qəhrəmanlıqla işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmasıdır.

Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik bəyannaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannaməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

Şuşa Bəyannaməsinin zaman baxımından tarixi əhəmiyyəti, həm də bu mübarək anlaşmanın Azərbaycanın ərazi bütövlüyünə təminat verən və bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir.

Qars müqaviləsinə imza atan tərəflərdən ikisi – sonradan eyni ittifaqda təmsil olunan Rusiya və Ermənistan sözügedən müqavilənin şərtlərini pozaraq, Azərbaycan ərazilərinin, o cümlədən Zəngəzurun bir hissəsini “Sovet Ermənistanı”nın inzibati ərazisinə qatıblar. Şuşa bəyannaməsi Qars müqaviləsinin bütün şərtlərinə əməl edilməsinin vacibliyini önə çəkməklə yanaşı, Türkiyə və Azərbaycanın tarixi ədaləti bərpa olunanadək mücadilələrindən vaz keçməyəcəklərini bəyan edir”!

Azərbaycan son 150 il ərzində Türk dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib

Azərbaycan son 150 il ərzində Türk dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib. Türk dünyasının birliyinə xidmət edən ideyalar Əli bəy Hüseynzadə kimi böyük mütəfəkkirlərin sayəsində cilalanaraq, ortaq dil, ortaq mədəniyyət və ortaq tarix üzərindən boy atan türk xalqları və dövlətlərinin vahid milli məfkurəsinə çevrilib.

XX əsrin sonlarında Əli bəy Hüseynzadənin üçlü düsturu böyük siyasət adamı Heydər Əliyevin strateji düşüncəsinin süzgəcindən keçərək, yurda sülhün və həmrəyliyin təmin edilməsi məqsədilə azərbaycançılıq, daha sonra isə Türk dünyasının mövcud geosiyasi reallıqlara uyğun olaraq praktik təməlinin atılması üçün “Bir millət, iki dövlət” fəlsəfəsinə keçid alıb. Bir millət-iki dövlətin - Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə layihələrin səmərəli nəticələri Türk birliyinin sözdən, fikirdən əmələ keçə biləcəyinə böyük ümidlər yaradıb və nəticədə Türk Şurasının – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranması istiqamətində mühüm addımlar atılıb. Müstəqilliklərini yenicə qazanmış və regionda, dünyada baş verən proseslərə maksimum ehtiyatla yanaşan, Sovet dövründə daha çox assimilyasiyaya məruz qalmış, milli şüurun tam təşəkkül tapmadığı bəzi türk dövlətləri də zamanla bu ideyanın gerçəkləşə biləcəyinə əmin olaraq, prosesin içində yer almaq qərarına gəliblər. Bu gün Türk dövlətlərinin sözdə və fikirdə birliyi artıq reallığa çevrilib. Şuşa Bəyannaməsi isə Türk birliyinin sözdən, fikirdən əmələ keçməsi yeni və daha praktik platformadır.

Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsi ilə bağlı məqamların da vurğulanması, qənaətimə görə, qeyd etdiyim praktik platformanın üzərindən hərəkət mexanizmlərin edəcək mexanizmlərin nə qədər dəqiq və çoxşaxəli olduğunu nümayiş etdirir.

Bəyannamənin siyasi, hərbi və iqtisadi əhəmiyyəti

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyənin adları tarixə böyük hərflərlə həkk olunmuş liderlərinin strateji baxış bucağı, polad iradələri təşkil edir. Öncə qeyd edim ki, bizim ən böyük tarixi şansımız bu gün qardaş Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana isə İlham Əliyevin rəhbərlik etməsidir. Bu, kimin necə yanaşmasından, siyasi baxışlarından asılı olmayaraq, bəsirət gözü qapanmamış hər kəsin düşüncəsində imperativ və dəyişməz bir qənaət kimi yer alan reallıqdır. Məhz bu iki liderin, bütün maneələrə, risklərə baxmayaraq, iki dövlətin bir millətinin minillik arzularının yerinə yetirilməsi istiqamətində atdıqları cəsarətli qərarlar, Türkiyə-Azərbaycan İttifaqını hər kəsin qəbul etmək məcburiyyətində qaldığı gerçəkliyə çevirib.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti həm də milli siyasi iradənin mükəmməl bir şəkildə icra olunmasında, eyni zamanda, tarix boyu mövcud olmuş bütün türk dövlətlərinin qılıncla gerçəkləşdirə bilmədiklərinin siyasi iradə, iti zəka və xarakterlə reallaşmasındadır.

Şuşa Bəyannaməsinin hərbi əhəmiyyəti ilə bağlı, şübhəsiz ki, bu sahənin mütəxəssisləri daha dəqiq yanaşma sərgiləyəcəklər. Amma göz önündə olan və mütəxəssis rəyinə ehtiyac duymayan bir reallıq da var. Bu da bəyannamədə hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hər hansı bir real təhdidin yaranacağı təqdirdə, birgə hərəkət edəcəklərini ehtiva edən müddəanın yer almasıdır. Qarşılıqlı hərbi yardım öhdəliyi yalnız hərbi-siyasi ittifaq və bloklarda təmsil olunan dövlətlərə xas olan bir öhdəlikdir. Şübhəsiz ki, bu prinsipin əsasında BMT Nizamnaməsinin 51-ci müddəasından irəli gələn kollektiv müdafiə hüququ dayanır.

Məlum olduğu kimi, Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. İndiki şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin necə tövsif etməsindən, istək və arzularından, təsəlli vermək və almaq niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması anlamına gəlir.

Şuşa Bəyannaməsində Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur.

Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bəlli olduğu kimi, Şuşa Bəyannaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alıb ki, bu da hər iki dövlətin iqtisadi potensialını daha da artıracaq və təbii ki, bəyannamədə yer alan digər müddəalardan irəli gələn vəzifələrin yerinə yetirilməsində sabit maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq.

Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər. Qarşısında olanlara isə, ən yaxşı halda güclü iqtisadi-siyasi platforma üzərindən hərəkət edən “qatar”ın arxasınca baxmaq qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb