İQTİSADİYYAT


Azərbaycan Türkiyə ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Türkiyə ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Bakı, 15 oktyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, 2021-ci il iyunun 15-də dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır.

Səfir Cahit Bağcı ölkəsinin Azərbaycanla strateji müttəfiqliyini, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsində fəal iştirakını qeyd edib, qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının inkişafı istiqamətləri, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.