Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan “Yaşıl Vətən”in keşiyində

Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan “Yaşıl Vətən”in keşiyində

Prezident İlham Əliyev: “...Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşqanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar”.

Ankara, 24 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsində tüğyan edən meşə yanğınlarının söndürülməsinə qatılmaq üçün yenidən qardaş yardımına yetişməsi qardaş ölkə ictimaiyyəti tərəfindən böyük hərarətlə qarşılanıb. Artıq Azərbaycanın “BE-200ÇS” amfibiya təyyarəsi yenidən mavi səmaları yara-yara böyük əzmlə “Yaşıl Vətən”in keşiyinə qalxıb.

Haqqında bəhs etdiyimiz, hər zaman insan qayğısına və vətəndaş diqqətinə ehtiyacı olan “Yaşıl Vətən” qardaş Türkiyənin coğrafiyasına xüsusi əzəmət gətirdiyi kimi, bərəkət və gözəllik rəmzidir. Əhalinin bu nadir təbiəti sevməsinin əsas səbəbi isə Vətənə bağlılıqdır. Təbiəti sevmək, ona bağlı olmaq və qorumaq türk xalqlarının çox qədimlərdən genetik xüsusiyyətinə çevrilən vərdişdir. Təəssüf ki, son illər bütün dünyada olduğu kimi Türkiyədə də meşə yanğınlarına tez-tez rast gəlinir və bu təbiətə, iqtisadiyyata, insanların rahatlığına böyük zərbə vurur.

Türkiyədə meşə yanğınlarının statistikası

Anadolu Agentliyinin məlumatına görə, Türkiyədə 1937-ci ildən 2020-ci ilədək ümumilikdə 114 min 941 meşə yanğını təsbit edilib. Bu sayın 26 min 311-i 2011-2020-ci illərin payına düşür. Ölkədə orta hesabla hər ilə 2 min 631 meşə yanğını baş verir.

Bundan başqa, 2016-cı ildə 9 min 156, 2017-ci ildə 11 min 993, 2018-ci ildə 5 min 644 və 2019-cu ildə isə 11 min 332 hektar meşəlik ərazi yanıb.

Ölkədə baş verən meşə yanğınlarının mütləq əksəriyyəti insan faktoru ilə əlaqələndirilir. Bura səhlənkarlıq, məsuliyyətsizlik və qəsd amilləri daxildir. Bu amillərin hər hansı birindən asılı olmasına baxmayaraq meşə yanğınlarının baş verməsi təəssüfləndirici və ürəkdağlayandır. Qəsd məsələsində gəldikdə isə bu hal beynəlxalq səviyyəli cinayətdir. Çünki “Yaşıl Vətən”in əsasını təşkil edən meşələr yalnız yerləşdiyi ölkənin deyil, ümumdünya sərvətidir. Planetimizin “ağ ciyərləri” sayılan meşələri qorumaq ümumi işdir. Bəli, Azərbaycan-Türkiyə qardaşlığı böyük əzmlə bəşəri sərvət olan “Yaşıl Vətən”in keşiyindədir. Bu birlik və həmrəylik yalnız iki qardaş ölkənin maraqlarına deyil, bütün dünya üçün faydalıdır.

Cari il iyunun 21-də Marmaris bölgəsində təsbit edilən meşə yanğınını törətməkdə şübhəli bilinən şəxsin saxlanılması, cinayətkarın törətdiyi əməli etiraf etməsi, bundan başqa, hadisə yerində iki benzin bidonun tapılması kimi faktlar deməyə əsas verir ki, qardaş Türkiyə üz-üzə qaldığı düşmənləri ilə mübarizədə qanun pozan heç kəsə və heç nəyə güzəşt etməməkdə tam haqlıdır.

Türkiyədə meşə yanğınlarına qarşı tədbirlər

Qədim dəyərlərə və böyük dövlətçilik təcrübəsinə malik olan Türkiyənin ən böyük üstünlüklərindən biri də budur ki, təhlükələrin proqnozlaşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi mühüm ənənə kimi milli sərvətə çevrilib. 2021-ci ildə baş verən geniş miqyaslı meşə yanğınları Türkiyə dövlətinin qarşılaşdığı ən ağır təbii fəlakətlər arasında sıralanmaqdadır. Hökumət qlobal istiləşmə ilə birbaşa bağlı olan bu prosesi nəzarətdə saxlamaq üçün ötən il vəziyyəti stabilləşdirmək kimi növbəti yanğınların qarşısını almaq üçün tədbirlərə başladı. Bunun nəticəsidir ki, ötən aylarda yanğınsöndürmə işləri üçün təyyarə və vertolyotlar daxil olmaqla aviasiya vasitələri və digər texnika ilə arsenal sürətlə genişləndirildi. Marmarisdə baş verən meşə yanğınlarının qısa müddətdə nəzarətə götürülməsinin, alovların tüğyan halına keçməməsinin əsas səbəbi budur ki, 41 aviasiya vasitəsi dərhal yanğınlara qarşı mübarizəyə cəlb edildi. Beləliklə, Türkiyədə meşə yanğınlarına qarşı mübarizə yolları bunlardır:

-Riskləri azaltmaq üçün əhali arasında davamlı maarifləndirmə;

-Yanmış ərazilərin sürətli bərpası;

-Qanunla tənzimlənən cəzalar və s.

Bu yerdə mühüm bir statistik göstəricini təqdim etməyə ehtiyac var. 2019-cu ilin göstəricilərinə görə Türkiyədə ümumilikdə 22 milyon 621 min 935 hektar meşə sahəsi mövcuddur. Bu sahə Türkiyənin torpaq ərazisinin təxminən üçdən birini təşkil edir. 2003-2019-cu illərdə ölkə ərazisinin 5 milyon 300 min hektarında meşəsalma işləri görülüb və ümumilikdə 4 milyard 300 milyon ting əkilib. Cümhuriyyətin quruluşunun yüzüncü ildönümünə, 2023-cü ilə qədər bu sayın 7 milyarda çatdırılması hədəflənir.

Azərbaycanın-Türkiyə həmrəyliyi “Yaşıl Vətən”in keşiyində

Məlum olduğu kimi, Azərbaycan 2021-ci ilin yayında qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fəal iştirak etmişdi. Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilmişdi. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin rəhbər işçilərindən ibarət heyət qardaş ölkədə yanğınsöndürmə briqadalarımızla birlikdə çalışmışdı.

Azərbaycan yanğınsöndürənləri öz Vətənlərinə, öz evlərinə hansı qayğı ilə yanaşırlarsa eyni məhəbbətlə də Türkiyə meşələrinin xilası naminə böyük cəsarət göstərmişdilər.

Prezident İlham Əliyevin dediyi kimi “Onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar”. Bəli, Azərbaycan yanğınsöndürənlərinin ümumi işi, fərdi şücaətləri, yanan evlərdən xilas edilən türk bayrağı, yerli əhali ilə davranış, hər bir ağacın xilası naminə göstərilən qəhrəmanlıq və s. kimi nadir və həssas hərəkətlərin hamısı Türkiyənin qəlbində canlı həyat hekayəsinə çevrildi.

“Yaşıl Vətəni” alovlardan qoruyan igidlərimizin fədakarlığı qardaşlıq tariximizə yeni bir səhifəni qızıl hərflərlə yazdı. Tərəddüdsüz ifadə edə bilərik ki, mövsümi meşə yanğınları 2022-ci ildə Türkiyədə böyük təlatüm yaratmadı. Çünki hər kəs əmin idi ki, gərək olursa Azərbaycan yenidən qardaş yardımına gələcək.

Nəzərə almaq lazımdır ki, ötən il Türkiyədə meşə yanğınlarının tüğyan etdiyi dövrdə Azərbaycan da meşə yanğınları riski ilə üz-üzə idi. Bütün bunlara baxmayaraq Azərbaycan ən təcrübəli yanğınsöndürənlərini, ağır texnika və arsenaldakı yeganə “BE-200ÇS” amfibiya təyyarəsini tərəddüdsüz Türkiyəyə göndərdi.

Cari il iyunun 23-də Azərbaycanın “BE-200ÇS” amfibiya təyyarəsinin yenidən Türkiyə səmalarında görünməsi qardaş ölkədə böyük hərarətlə qarşılandı. Ölkənin aparıcı telekanalları bu barədə xüsusi reportajlar yaymağa başladılar. Kadrlarda “BE-200ÇS” təyyarəsinin enişini, eləcə də Azərbaycan yanğınsöndürənlərinin ötən il Türkiyədəki meşə yanğınlarının söndürülməsində göstərdikləri şücaəti əks etdirən kadrlar nümayiş olunmağa başladı.

“Azərbaycan Prezident Əliyevin təlimatı ilə yenə qardaş yardımına gəldi!” sərlövhəsi ilə təqdim olunan xəbərlərdə məlumat verildi ki, “BE-200ÇS” amfibiya tipli təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir. Türkiyə əhalisinə görə, Azərbaycandan gələn “BE-200ÇS” amfibiya tipli təyyarə prosesə cəlb olunan aviasiya vasitələri arasında ən güclüsüdür. Çünki bu təyyarə məhz Azərbaycandan gəlib!

Ən son məlumata görə, iyunun 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, səmimi sözlərlə təşəkkürünü bildirib.

Əminik və qəlbimizdə sönməz inam var ki, Türkiyə bundan sonra heç zaman 2021-ci ildə tüğyan edən meşə yanğınları kimi ağır təbii fəlakətlərlə üz-üzə qalmayacaq. Ötən il Azərbaycanın göstərdiyi yardım başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandı və əbədi qardaşlığımızın sarsılmaz yolunda yeni bir sönməz çıraq alovlandırdı. Qardaşlığınız və dostluğunuz əbədi olsun, məğrur qartal qiyafəsində qoşa qanad çalasınız, ey şanlı Azərbaycan və Türkiyə!!!

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır