İQTİSADİYYAT
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının təcrübəsindən yararlanır VİDEO
Bakı, 2 may, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatı tərəfindən Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyasının Bakıda keçirilməsi Azərbaycanda iqtisadi operatorlar proqramını tətbiq etməklə bağlı təşəbbüsdən irəli gəlir.
AZƏRTAC xəbər verir ki, bunu KİV-lərə müsahibəsində Ümumdünya Gömrük Təşkilatının baş katibinin müavini Rikardo Trevino deyib.
R.Trevino vurğulayıb ki, logistika və iqtisadiyyatın digər sahələrində inkişaf edən Azərbaycan Ümumdünya Gömrük Təşkilatının artıq 20 ildən çoxdur ki, üzvüdür və onun bu təşkilatda aktiv fəaliyyəti bir çox sahələrdə qurumun təcrübəsindən yararlanmasına gətirib çıxarıb.
“Bilirsiniz ki, Ümumdünya Gömrük Təşkilatının bir çox qərarları məhz onun Şurasında qəbul edilir və Azərbaycan da bu Şurada öz iştirakı ilə bir daha bu təcrübəni bölüşməkdə maraqlı olduğunu sübut edib”, - deyə Ümumdünya Gömrük Təşkilatının baş katibinin müavini bildirib.