ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI daxili şahmat turniri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dairəvi sistem üzrə keçirilən turnirdə bütün fakültə və ixtisaslar üzrə tələbələr iştirak ediblər. Turnirin qalibi biznes və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Cavid Əhmədov olub. İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Niyaməddin Bondorenko II yeri, biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Nəzrin Əhmədzadə isə III yeri tutub.
Qaliblər kubok və diplomla mükafatlandırılıb.
Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.