SİYASƏT
Azərbaycan XİN Tayvanda keçirilmiş regional seçkilərə münasibət bildirib
Bakı, 25 yanvar, AZƏRTAC
Tayvanda keçirilmiş regional seçkilərlə əlaqədar kütləvi informasiya vasitələrinin sorğusunu cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir.