REGİONLAR


Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı

Ağcabədi, 28 may, AZƏRTAC

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədidə Müstəqillik Gününə həsr olunmuş əyləncəli bayram tədbirində səsləndirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin Ağcabədi Pedaqoji Kolleci ilə birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli və başqaları tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar.

Tədbirdə kollecin bir qrup fəal gənci fəxri fərmanla təltif olunub. Tədbir əyləncəli konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.