ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bilik müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Müsabiqə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, “Kaspi” liseyinin (Xətai filialı) direktoru Asif Əzizov məktəblilərin əldə etdikləri uğurlardan danışıb. Bu cür müsabiqələrin keçirilməsinin Cümhuriyyət tariximizin daha dərindən öyrənilməsinə kömək etdiyini, həmçinin gənclər üçün stimullaşdırıcı rol oynadığını bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin şərəfli tarixindən söz açıb, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin AXC-nin qurucularına böyük ehtiramından danışıb. Bilik müsabiqəsinin ümumrespublika səviyyəsində keçirildiyi və müsabiqəyə orta məktəblərlə yanaşı, kolleclərin, ali təhsil ocaqlarının da qatıldığı vurğulanıb. Fondun həyata keçirdiyi maarifləndirici layihələrdən söz açan icraçı direktor şagirdləri bundan sonra da belə layihələrə qoşulmağa çağırıb.

Müsabiqənin qaliblərinə Bilik Fondunun diplomları və Cümhuriyyət tarixindən bəhs edən kitablar təqdim olunub.

Sonra “Kaspi” liseyinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.