Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi cənub bölgəsində silsilə tədbirlərlə ilə qeyd olunub

Astara, 26 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 26-da ölkəmizin cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğunu vurğulayıb, yaşadığı 23 ay ərzində cümhuriyyətin gördüyü işləri, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi dəyərləndirib.

Bildirilib ki, 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Lakin, xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməyib. 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Diqqətə çatdırılıb ki, yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublika rəhbərliyinə qayıdan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.

Tədbirdə çıxış edən Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Siyaku kənd tam orta məktəbinin direktoru, “Tərəqqi” medallı Teymur Fətullayev, Astara Pedaqoji Kollecin tarix müəllimi Elçin Mahmudov, Astara şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Dadaşzadə və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, dövlətçilik sahəsində gördüyü işlərdən danışıblar.

Ümumrayon tədbiri dənizkənarı park-bulvar kompleksində konsert proqramı ilə davam edib.

X   X   X

Mayın 26-da Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yürüş-marafonda minlərlə gənc və yeniyetmə iştirak edib.

Yürüş-marafon Dövlət Bayrağı Meydanından start götürərək Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi qarşısında başa çatıb.

Həmin gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Mərkəzin foyesində Respublika Günü ilə bağlı təşkil edilmiş rəsm sərgisinə baxıblar.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 1918-ci ilin mayın 28-ni xalqımızın milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış gün kimi dəyərləndirərək, Azərbaycan xalqının məhz həmin tarixi gündə əsrlər boyu həsrətində olduğu milli azadlığına qovuşduğunu, müstəmləkə əsarətindən qurtulduğunu və dövlət müstəqilliyini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Şərqdə ilk dünyəvi dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə böyük işlər görülüb, tarixi zəngin dövlətçilik ənənələri formalaşdırılıb.

T.Qaraşov sürətlə inkişaf edib dünyanın qabaqcıl dövlətləri sırasına yüksəlmiş bugünkü müstəqil Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu diqqətə çatdıraraq, 100 il bundan əvvəl əsası qoyulmuş dövlətimizin bu gün qazandığı nailiyyətlərlə hər bir azərbaycanlının fəxr etdiyini, bu əziz bayramı qürur hissi ilə qarşıladığını bildirib.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr və çıxışlar dinlənilib.

Çıxış edənlər Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək lənkəranlıların dövlətimizin başçısının apardığı müdrik siyasəti bəyəndiyini və onun ətrafında sıx birləşdiyini bildiriblər.

X   X   X

28 May - Respublika Günü münasibətilə Lerikdə keçirilən ümumrayon tədbirində Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidmətlərindən danışılıb.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun uzunömürlü sakini, anadan olmasının 100 illiyini qeyd edən ağsaqqal Məmmədxan Abbasovla görüşərək, ona rayon icra hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə başlanan konfransın iştirakçıları Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Əbədi ezamiyyət” sənədli filminə baxıblar.

Konfransda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələri bərpa olunub, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sosial bərabərsizliklərin ləğvinə, demokratik dövlət quruculuğunun həyata keçirilməsinə əsaslı şərait yaradılıb.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlətimiz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Müstəqil daxili və xarici siyasət yeridən, nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası artıq təkcə regionda deyil, dünya miqyasında söz sahibi olan dövlət kimi tanınır.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məruzələr dinlənilib.

Sonra Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Ümumrayon tədbiri bayram konserti və atəşfəşanlıqla başa çatıb.

X   X   X

Yardımlı rayon mədəniyyət və istirahət parkında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov rayon sakinlərini əziz bayram - Respublika Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb və bu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir.

Bildirilib ki, Xalq Cümhuriyyəti bolşevik işğalı nəticəsində süquta uğrasa da, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdi. Hazırda müstəqil Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub, mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan xalqı, o cümlədən, cəlilabadlılar Prezident İlham Əliyevin apardığı müdrik siyasəti ürəkdən bəyənir və onun ətrafında sıx birləşiblər.

Tədbir bayram konsert proqramı ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi