İDMAN


Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, olimpiadanın taekvondo yarışlarında mübarizə aparan Cavad Ağayev (63 kq) bürünc medal əldə edib.

İdmançımız ilk görüşündə cənubi sudanlı Stefan Atemə, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Cənubi Koreyadan olan idmançı Ço Vun Huya uduzan C.Ağayev bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Hazırda Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 20-ci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.