İQTİSADİYYAT
Azərbaycan Yurmalada böyük telekommunikasiya konfransında təmsil olunacaq
Riqa, 1 iyul, AZƏRTAC
Avqustun 17-dən 19-dək Yurmalada Baltik ölkələrinin VI Beynəlxalq Telekommunikasiya Konfransı və “TELCO TRENDS 2016” sərgisi keçiriləcək.
Konfransda müvafiq sahənin ekspertləri iştirak edəcəklər. Onlar Avropanın telekommunikasiya bazarındakı tendensiyalar və hazırkı vəziyyətdən danışacaq, müəllif hüquqları, OTT servislərinin inkişafı və ödəmə texnologiyaları mövzularına toxunacaq, habelə yeni texniki həllər barədə məlumat verəcəklər.
Tədbirdə Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsindən təxminən 400 mütəxəssisin iştirakı gözlənilir.
Təşkilatçılar elektron kommunikasiyaları bazarının iştirakçılarını narahat edən aktual mövzuları əhatə edən geniş proqram hazırlayıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa