Azərbaycan balı Qətərdə beynəlxalq sərgidə təqdim olunub
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Qətərin Doha şəhərində “Souq Vaqif” adı altında keçirilən beynəlxalq bal və xurma satış-sərgisi yekunlaşıb. Sərgidə Azərbaycan, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Misir, Pakistan, Türkiyə də daxil olmaqla, 25 ölkədən şirkətlər məhsullarını satışa çıxarıblar.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi beynəlxalq satış sərgisində Xaçmaz rayonunda fəaliyyət göstərən, bal və bal məhsulları üzrə ixtisaslaşmış "Apiaz" MMC şirkətinin "Ballı" brendi təmsil edib. Azərbaycan şirkəti sərgidə müxtəlif çeşiddə, o cümlədən çəmən, cökə, qaratikan, dağ-çiçək, şabalıd, həmçinin zəfəran və zəncəfilli bal məhsullarını təqdim edib.
Sərgidən sonra "Apiaz" MMC şirkətinə sertifikat verilib.
Qeyd edək ki, Azərbaycan şirkəti 2020-ci ildə Qətərdə keçirilmiş 3-cü beynəlxalq “Souq Vaqif” bal sərgisində 150 şirkət arasında keyfiyyətə görə 2-ci yer tutub.


Xəbərin mətnində orfoqrafik səhv var