İDMAN


Azərbaycan batutçusu Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb

Bakı, 7 iyul, AZƏRTAC

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə dünya kuboku yarışı və 51-ci “Nissen Cup” adlı beynəlxalq turnir keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvü Maqsud Mahsudov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Eyni şəhərdə keçirilən dünya kuboku yarışında mübarizə aparan yığmamızın üzvü, batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən, beşinci pillədə qərarlaşıb. İdmançımız bu il iştirak etdiyi dörd dünya kuboku yarışından üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.