İDMAN


Azərbaycan boksçusu Ermənistan təmsilçisini məğlub edib

Bakı, 10 may, AZƏRTAC

Rusiyada kişi boksçular arasında start götürən “Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, sayca onuncu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirov ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə başa çatıb. M.Abdullayev bu qələbə sayəsində yarımfinala yüksəlib. O, növbəti qarşılaşmasını bu gün keçirəcək.

Digər boksçumuz Məsud Yusifzadə (52 kq) rusiyalı Bair Batlayev ilə qarşılaşıb. Döyüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil Məmmədli (91 kq) də dörddəbir finalda çıxışını qələbə ilə başa vurub. O, ermənistanlı Henrik Sarkisyana heç bir şans verməyərək layiqli qələbə qazanıb – 4:1.

Beləliklə, hər üç boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) isə özbəkistanlı Kozimbek Mardonova uduzaraq turnirdə mübarizəni dayandırıblar.

Yarışda 15 ölkənin idmançıları mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.