MƏDƏNİYYƏT


Azərbaycan caz qrupu Həştərxanda beynəlxalq “Delta-caz” festivalının açılış mərasimində çıxış edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Həştərxanda dördüncü beynəlxalq “Delta-caz” festivalına start verilib.

AZƏRTAC “Astraxanskiye novosti” saytına istinadla xəbər verir ki, festival Həştərxan Opera və Balet Teatrında keçirilir.

Musiqi bayramının açılış mərasimində Fuad Musayevin rəhbərlik etdiyi “FM JAZZ BAND” adlı Azərbaycan kollektivi çıxış edib.

Bu, məşhur Azərbaycan caz-bendinin həştərxanlı tamaşaçılar qarşısında ilk çıxışı idi. Azərbaycan musiqiçiləri Şərq çalğı alətlərinin milli koloritini ənənəvi instrumental ansambla gətirməklə özlərinin bənzərsiz, nadir ifa üslubunu nümayiş etdiriblər.

Festivalda Rusiya, Amerika, İtaliya və Azərbaycandan olan kollektivlər iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.