İDMAN


Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalya Qran-Prisinin finalına yüksəlib

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalyada keçirilən Qran-Pri yarışında uğurla mübarizə apararaq finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada idmançımızın rəqibi Koreya Respublikasının digər təmsilçisi Çanqrim An olacaq. Ç.An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibidir.

Qran-Prinin birinci günündə Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.