İDMAN


Azərbaycan cüdoçusu Turan Bayramov dünya çempionatının finalına yüksəlib

Bakı, 6 oktyabr, AZƏRTAC

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında idmançımız Turan Bayramov finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, kişilər arasında turnirdə T.Bayramov (60 kq) ardıcıl olaraq You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikardı (Fransa) məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə özbəkistanlı Kamoliddin Baxtıyarova qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə Giorgi Sardalaşvili (Gürcüstan) ilə qarşılaşacaq.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.