CƏMİYYƏT


Azərbaycan diaspor rəhbəri Rusiya Prezidentinin Fəxri fərmanına layiq görülüb

Moskva, 13 aprel, AZƏRTAC

Rusiyanın Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Krasnoyarsk şəhər Deputatları Şurasının deputatı Taleh Mahmudov Rusiya Prezidentinin Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Sərəncam “Rəsmi hüquqi informasiya portalı”nda yerləşdirilib.

Sərəncamda deyilir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, “Bionika” bərpa terapiyası klinikası” MMC-nin direktorlar şurasının sədri Taleh Mahmudov qazandığı nailiyyətlərə, ictimai işdə fəallığına və uzun illər vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri fərmanı ilə təltif olunur.

Taleh Mahmudov Azərbaycanın Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisləri İnstitutunun məzunudur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.