“Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır” – Muxtar Babayev
AzerTAg.az

Ağdam, 16 mart, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda dağıntı tullantılarının idarə olunması və tikinti işlərində sonrakı istifadə üçün UNEP tərəfindən göstərilən dəyərli ekspert dəstəyini qeyd etmək istərdim. Bu təcrübə azad edilmiş digər ərazilərə də istifadə edilə bilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
“Faydalı qazıntıların və mineral sərvətlərimizin qeyri-qanuni istismarı məsələsinə də toxunmaq istərdim. Biz tələb edirik ki, təbii sərvətlərin hasil olunduğu ərazilərdə ətraf mühitin mövcud vəziyyətini monitorinq etmək məqsədilə mütəxəssislərimiz üçün bütün lazımi şərait yaradılmalıdır. Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”, - deyə M.Babayev bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var