REGİONLAR
Azərbaycan əsl müstəqilliyini ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əldə etdi
Ucar, 19 oktyabr, AZƏRTAC
Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin qatıldıqları yığıncağın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən qurtardı. Ulu Öndər ölkədə hökm sürən xaos və anarxiyanı, cəmiyyətdəki iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf dövrünə qədəm qoydu. Ümummilli Liderin, eləcə də onun siyasi varisi Prezident İlham Əliyevin gərgin əməyi ilə bu gün Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib.