İDMAN


Azərbaycan gimnastı Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıb VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan atleti XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, gimnastımız dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayıb. O, bu nəticə ilə gümüş medala sahib olub.

Gimnastımız sərbəst hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.