İDMAN
Azərbaycan güləşçisi Avropa çempionu olmuşdur [YENİLƏNİB] VİDEO
Finalda Ermənistan güləşçisi Qriqor Qriqoryana heç bir şans verməyən Azərbaycan güləşçisi Ruslan Dibirhacıyev rəqibinə 12:2 hesabı ilə qalib gələrək Avropa çempionu olmuşdur.
X X X
19:01
Ruslan Dibirhacıyev səkkizdəbir finalda belaruslu Anton Afanasyevi 10:2, dörddəbir finalda macarıstanlı İstvan Qulyası 6:2 hesabı ilə məğlub etmişdir. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olmuşdur. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatmışdır.
Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi Ermənistan güləşçisi Qriqor Qriqoryan olacaqdır.
X X X
13:06
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə 70, 86 kiloqram çəki dərəcələrində sərbəst, 63 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.
Azərbaycan pəhləvanları sərbəst güləş yarışlarında ölkəmizi təmsil edəcəklər. Belə ki, güləşçilərimizdən Ruslan Dibirhacıyev (70 kq) belaruslu Anton Afanasyevlə, Həmzət Osmanov (86 kq) isə moldovalı Pyotr Yanulov ilə qarşılaşacaqlar.