CƏMİYYƏT
Azərbaycan həkimləri Sankt-Peterburqda uşaqların sağlamlığının qorunması mövzusunda keçirilən seminarda iştirak edirlər
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 18-dən dekabrın 1-nə qədər Sankt-Peterburqun Federal Tibbi və Bioloji Agentliyinin Uşaq İnfeksiya Xəstəlikləri Araşdırma və Klinik Mərkəzində seminar keçirilir.
Seminarda bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan 10 tibb mütəxəssisi iştirak edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqların sağlamlığının qorunması, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etməkdir.
Tədbirdə uşaq ölümlərinin araşdırılmasının yolları, həmçinin infeksion xəstəliklərdən baş verən ölümlərin azaldılmasına necə nail olmaq barədə məruzələr dinlənilib, pediatriya sahəsində həkimlərin peşəkarlıq səviyyəsinin artırılması yolları müzakirə edilib.