Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edir

Bakı, 4 dekabr, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, qurultayda 132 ölkədən 1200-dən çox nümayəndə iştirak edir.

Qurultayın açılış mərasimində Danimarkanın Baş naziri Lars Lekke Rasmussen, Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Rayder, Kopenhagen şəhərinin lord-meri Frank Censen, Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının sədri Lizette Risqord, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Antonio Felisio çıxış ediblər.

Dekabrın 7-dək davam edəcək qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar ittifaqlarının nümayəndə heyəti də iştirak edir.

Səttar Möhbalıyev çıxış edərək Azərbaycan həmkarlar ittifaqları adından qurultay iştirakçılarını salamlayıb. AHİK sədri qeyd edib ki, BHİK-in IV qurultayı beynəlxalq həmkarlar ittifaqı hərəkatı üçün önəmli bir ərəfədə, ilk milli həmkarlar ittifaqının 150, insan hüquqlarının ümumi bəyannaməsinin 70 illiyinin qeyd olunduğu bir vaxtda keçirilir. Bu baxımdan bizim üzərimizə əməkçi insanların sosial-əmək hüquqlarının müdafiəsi sahəsindəki işimizi daha da gücləndirmək və onu vaxtaşırı inkişaf etdirmək düşür.

“Biz bu ilin fevral ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayını keçirdik və konfederasiyamızın qurulmasının 25 illiyini də təntənəli şəkildə qeyd etdik. Bu tədbirlərdə BHİK-in prezidenti Joao Antonio Felisionun şəxsən iştirak etməsini Azərbaycan həmkarlar ittifaqlarına göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk və ona bir daha təşəkkür edirik”, - deyə S.Möhbalıyev əlavə edib.

BHİK-in IV Qurultayının əsas mövzusu “İşçilərin potensialının formalaşdırılması: Qaydaların dəyişilməsi” bizim region və respublikamız üçün də aktualdır. Azərbaycanda işçilərin sosial-rifahının yüksəldilməsi, sosial müdafiəsinin təşkili sahəsində atılan addımlar bu istiqamətdə müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.

Nümayəndə heyətimizin rəhbəri qurultay iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın son dövrlər əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. Ötən ilin yekunlarına görə, respublikamızda əhalinin gəlirləri 8,3 faiz, işçilərin orta aylıq əməkhaqqı isə 5,7 faiz artıb. Son 15 il ərzində ölkədə 1900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.

Respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.

Məlumdur ki, işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edən səbəblərdən biri həmkarlar ittifaqı üzvlərinin hüquqi müdafiəsidir, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın keyfiyyəti əsasən işçinin hüquqi müdafiəsinin səviyyəsindən asılıdır. Qeyd etmək istərdim ki, BHİK-in baş katibi Şaron Barou III qurultayda növbəti dörd il ərzində üzvlərin sayının 20 milyon nəfər artırılacağının qarşıya məqsəd qoyulduğunu bildirmişdi. AHİK öz növbəsində bu şüarı dəstəkləyərək ötən dövr ərzində sıralarına 56571 nəfər yeni üzv birləşdirməyə müvəffəq olub. Biz ölkə qanunvericiliyinin və BƏT-in konvensiyalarının verdiyi imkanlar çərçivəsində həmkarlar ittifaqlarının bütün üzvlərinin müraciətlərinə operativ reaksiya verir, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının qorunması və bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

S.Möhbalıyev deyib ki, respublikamızda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” qəbul edilərkən gender və gənclər siyasətinin inkişafı, qeyri-rəsmi iqtisadiyyatla mübarizə, gənclərin məşğulluğu, üçtərəfli dialoqun təkmilləşdirilməsi məsələlərinə dair təkliflərimiz nəzərə alınıb. AHİK ölkə proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün öz Konsepsiyasını qəbul edib ki, burada da inklüziv məşğulluğu genişləndirmək, iqtisadiyyatı aktivləşdirmək, ölkədə qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq tədbirlərinin həyata keçirilməsi öz əksini tapıbdır. Bu gün Azərbaycan həmkarlar ittifaqları BMT-nin “Dayanıqlı inkişafın məqsədləri” proqramında irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün özünün bütün imkanlarından istifadə etməyə çalışır. Biz bu vəzifələrin həyata keçirilməsini texniki inqilabın nailiyyətlərindən istifadə olunmasında və hökumətin qərarlarının insanların rifahının yaxşılaşdırılmasına yönəldilməsində görürük.

Gündəmdə olan digər vacib məsələ də əməyin gələcək sferasıdır. Bu gündən biz qarşılaşacağımız halları dəyərləndirməliyik. Hesab edirəm ki, gözlənilən proseslər əmək münasibətlərinin forma və xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər. Biz, həmkarlar ittifaqı olaraq, vaxtında bu məsələyə hazır olmalıyıq.

Təəssüflə deməliyəm ki, bu gün bir sıra ölkələrdə hökumətlər və biznes imperiyası böhrandan çıxmaq adı altında əmək münasibətlərinin formasını dəyişməyə və həmkarlar ittifaqlarının muzdlu işçilərin müdafiəsinin təşkilinə dair son illər ərzində əldə etdiyi uğurları tamamilə heçə endirməyə cəhd göstərirlər. Bu, hər şeydən əvvəl işsizliyin artmasına və real əməkhaqqının azalmasına, qeyri-sabit məşğulluğa və işçidə özünə inamsızlığın yaranmasına şərait yaradır.

Çıxışının sonunda S.Möhbalıyev vurğulayıb ki, BHİK və onun müvafiq strukturları bu inamsızlığın aradan qaldırılması, alternativ siyasətin işlənib hazırlanması üçün müvafiq addımlar atmalıdır. BHİK-in öz diqqətini qlobal iqtisadiyyatın əsas problemlərinə və üçtərəfli münasibətlərdə həmkarlar ittifaqlarının bərabər tərəfdaş mövqeyinin qorunub saxlanmasına yönəltməsini də vacib hesab edirəm.

BHİK, dünyanın ən iri həmkarlar ittifaqı birliyi olmaqla, həmkarlar ittifaqı üzvlərinin yalnız 10 faizə qədərinin mənafeyini müdafiə edir. Hazırda BHİK-in tərkibində olmayan nəhəng həmkarlar ittifaqı birlikləri də mövcuddur. Hesab edirəm ki, BHİK qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu qüvvələri də öz ətrafında birləşdirmək istiqamətində səy göstərməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb