SİYASƏT


Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində olublar

Haaqa, 9 fevral, AZƏRTAC

Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində səfir Səlçuk Unalla görüşərək, Türkiyə dövlətinə, eləcə də qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyiblər.

AZƏRTAC xəbər verir ki, Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Türkiyənin Haaqadakı səfirliyinin önündə 1979-cu ildə ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilmiş şəhid Əhməd Benlerin xatirə abidəsi önünə gül dəstələri və şamlar qoyaraq, dağıdıcı zəlzələdə həlak olanların xatirəsini hörmətlə yad ediblər. Azərbaycanlıların həmişə qardaş türk xalqının yanında olduğunu bildiriblər.

Səfir Selçuk Unal qardaş ölkə Azərbaycanın dəstəyini daim hiss etdiklərini qeyd edib, icma üzvlərinə təşəkkür edib.

 
Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.