İDMAN
Azərbaycan idmançıları İtaliyada keçirilən dünya çempionatında dörd medal qazanıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Budo Döyüş Növləri Federasiyasının komandası Milanda keçirilən dünya çempionatında dörd medal qazanıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizi mundialda səkkiz idmançı təmsil edib. Yarışda 71 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Məmmədov K-1 növündə bütün rəqiblərini məğlub edərək qızıl kəmər qazanıb. Bu versiya üzrə mübarizə aparan Xəyal Cəmilbəyli (80 kq) və Fərqanə Saxrayeva (58 kq) hər ikisi finalda uduzaraq gümüş medalla kifayətləniblər. Fariz Nəbiyev (88 kq) isə bürünc medala sahib olub.
İdmançılarımız çempionatda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsisçisi, böyük usta, döyüş növləri üzrə fəlsəfə doktoru, 10-cu dan qara kəmər sahibi Faiq Rəfiyevin rəhbərliyi ilə iştirak edib.
Dünya çempionatında 40 ölkədən 532 idmançı mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]