İQTİSADİYYAT


Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 165 milyon dollar olub

Minsk, 18 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 165 milyon dollar olub.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-apreldə Belarusdan Azərbaycana ixracın dəyəri 42 milyon dollar, ölkəmizdən Belarusa isə 123 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.