SİYASƏT


Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunub VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nazirliyin rəhbər heyəti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları, habelə Britaniya Şurasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticari, mədəni, təhsil və digər sahələrdə münasibətlərin 30 illik inkişaf yoluna nəzər salıb və iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Səfir BP və digər Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətini vurğulamaqla yanaşı, ölkəmizin də öz növbəsində Avropanın enerji təhlükəsizliyinə töhfəsini məmnunluqla qeyd edib.

Sonra çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb.

Sonda tədbir iştirakçıları Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.