CƏMİYYƏT
Azərbaycan ilə İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafı müzakirə olunub
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibətilə Y.Qallantı təbrik edib.
Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]
Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb
- 26.04.2024 [19:12]