ORDU
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan-Pakistan işçi qrupu səviyyəli görüşün protokoluna əsasən, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 2-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini, şəxsi heyət baş idarəsinin rəisi, general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hərbi əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparılıb.
Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar.
Səfər oktyabrın 4-dək davam edəcək.