CƏMİYYƏT
Azərbaycan ilə Pakistanın səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin görüşü keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.
Görüşdə bütün sahələrdə olduğu kimi səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğu qeyd edilib.
Pakistanın əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin ölkəmizdə istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi Bilal Hayeni və Oqtay Şirəliyev tərəfindən vurğulanıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.