CƏMİYYƏT


Azərbaycan ilə Rusiya arasında qida təhlükəsizliyi ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

AQTA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə "Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.