SİYASƏT


Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 14 yanvar, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Baş nazir Azərbaycan ilə təşkilat arasında uzunmüddətli uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, gənc ölkə olmasına baxmayaraq, Azərbaycan Ümumdünya Gömrük Təşkilatına uğurla inteqrasiya edib. Bu məsələdə Kunio Mikuriyanın xüsusi rolunu qeyd edən Novruz Məmmədov onun ölkəmizə səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmli olacağına əminliyini bildirib.

Kunio Mikuriya da öz növbəsində, Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda dörd regional mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən baş katib deyib ki, ölkəmiz təşkilatın ən fəal üzvlərindən biridir və qurumun işinə mühüm töhfə verir.

Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının standartlarını uğurla tətbiq etdiyini söyləyən Kunio Mikuriya ölkəmizlə səmərəli əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlığın gələcək inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.