İDMAN


Azərbaycan karateçiləri beynəlxalq Bosfor kuboku turnirində 14 medal qazanıblar

Bakı, 11 mart, AZƏRTAC

İstanbulda 32-ci beynəlxalq Bosfor kuboku turnirində Azərbaycan karateçiləri 14 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, fərdi kumite yarışlarında Vüsal Qəmbərov (30 kq), Məhəmməd Xamoyev (45 kq), Ramil Baxşəliyev (52 kq) və Hüseyn Məmmədli (61 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adına layiq görülüblər.

Fərdi kumite yarışlarında komandamızın aktivinə gümüş medalları Rüstəm Rzayev (+45 kq), Kamil Kərimli (45 kq), Ayxan Allahverdiyev (52 kq), Rəsul Abbasov (45 kq), Osman Osmanlı (+76 kq) yazdırıblar. Bu yarışlarda Əli Ağayev (40 kq), Aysu Əliyeva (44 kq), Fərid Savadov (52 kq), Ruslan Qafarlı (57 kq) və Fərid Ağayev (76 kq) isə bürünc medallara sahib olublar.

Ənənəvi turnirdə 31 ölkədən 1299 karateçi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.