İDMAN


Azərbaycan klublarının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki ilk matçlarına hakim təyinatları açıqlanıb

Bakı, 1 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin “Aris” (Kipr), “Zirə”nin “Makkabi” (Təl-Əviv, İsrail) və "Qəbələ"nin "Fehervar"la (Macarıstan) keçirəcəyi ilk matçlara hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Neftçi”nin Larnakadakı qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İvan Bebek olacaq. Ona yan xətt hakimləri Qoran Pataki və Luka Payiç köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

"Qəbələ"nin Macarıstanda olacaq ilk oyununun referisi isveçli Kaspar Syöberqdir. Ona Max Robin Vilde və Andreas Svensson köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.

“Zirə”nin “Makkabi” ilə ev oyunu İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşə baş hakim kimi Referi Rob Hennessi təyinat alıb. Ona Emmett Dynan və Dermot Broughto köməklik edəcəklər. Dördüncü hakim isə Oliver Morandır.

Qeyd edək ki, hər üç oyun iyulun 21-də keçiriləcək. “Aris” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:30-da, “Zirə” – “Makkabi” oyunu 20:00-da, “Fehervar” – “Qəbələ” görüşü isə 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.