İDMAN


Azərbaycan komandası Bolqarıstanda keçirilən sablya üzrə dünya kubokunun mərhələ yarışında mübarizəyə başlayıb

Bakı, 29 yanvar, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə dünya kuboku turnirinin mərhələ yarışına start verilib. Qadın sablyaçıların şəxsi yarışının birinci günündə təsnifat mərhələsinin görüşləri keçirilib.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz Anna Başta reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən başlayacaq. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova isə təsnifat mərhələsindən əsas mərhələyə yüksəlməyi bacarıb. Qrup mərhələsini üç qələbə ilə başa vuran Səbinə Kərimova 64-lüyə yüksəlmək üçün keçirilən pley-off görüşlərində Niderland təmsilçisi Marlen Butenhuis (15:10) və polşalı Marta Okineyə (15:11) qalib gəlib.

Qrupda 4 qələbəsi olan Sevil Bünyatova isə əsas mərhələ uğrunda görüşdə qrupu iki qələbə ilə başa vurub. O, ilk pley-off qarşılaşmasında italyan Lucia Stefanelloya (15:12) qalib gələn digər sablyaçımız Zərifə Hüseynovanı 15:4 hesabı ilə məğlub edib.

Anna Başta əsas mərhələdə rusiyalı Anastasiya Şorokova, Sevil Bünyatova qazaxıstanlı Aygerim Saribay, Səbinə Kərimova isə rusiyalı Olqa Nikitina ilə qarşılaşacaqlar.

Qrup mərhələsini adlayan Polina Kaspiaroviç (4 qələbə) və Valeriya Bolşakova (4 qələbə) pley-off səddini keçə bilməyiblər. P.Kaspiaroviç əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə ispan Celia Cuenca Perezə (13:15), Bolşakova isə hindistanlı Devi Bhavaniyə (13:15) uduzublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.