CƏMİYYƏT


“Azərbaycan könüllülərinin inkişaf proqramı” layihəsinin bağlanış mərasimi olub

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “Azərbaycan Könüllülərinin İnkişaf Proqramı” layihəsinin bağlanış mərasimi olub.

İttifaqdan AZƏRTAC-a bildiriblər ki, layihə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, dövlət strukturlarında iş prinsipinin mənimsənilməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə həyata keçirilib.

Layihə çərçivəsində könüllülərimiz “Psixoloji hazırlıq”, “Fərdi inkişaf”, “Karyera planlaması”, “Layihələrin idarə olunması”, “Kargüzarlıq”, “Emosional zəka”, “PR və SMM”, “Könüllülük” kimi mövzuları əhatə edən təlim və təcrübə proqramları üzrə biliklərə yiyələniblər.

Ümumilikdə 4 ay müddətində həyata keçirilən proqramda 30 nəfər Azərbaycan könüllüsü iştirak edib.

Proqramı uğurla başa vurub praktiki sessiyalarda yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.