İQTİSADİYYAT


Azərbaycan məhsulları Qətərdə sərgilənir

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Qətərin paytaxtı Doha şəhərində "Birinci Beynəlxalq məhsullar" sərgisinin açılışı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizin məhsulları "Birinci Beynəlxalq məhsullar" sərgisində təqdim olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.

Digər sərgilərdə olduğu kimi "Birinci Beynəlxalq məhsullar" sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

Qeyd edək ki, Qətərin "Birinci Beynəlxalq məhsullar" sərgisi oktyabrın 10-da başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.