İQTİSADİYYAT


Azərbaycan məhsulları Seulda beynəlxalq sərgidə təqdim olunub

Bakı, 28 iyun, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Koreyadakı səfirliyinin birgə dəstəyi ilə yerli məhsullarımız Seulda keçirilən “Import Goods Fair 2022” beynəlxalq sərgisində təqdim olunub.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri yerli şirkətlərlə Azərbaycan məhsullarının Koreyada daha çox tanıdılması və ticarət əlaqələrinin artırılması məqsədilə bir sıra görüşlər keçirib, ölkəmizin ixrac potensiallı məhsulları barədə məlumat veriblər.

AZPROMO nümayəndələri, həmçinin Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) beynəlxalq əlaqələr üzrə direktoru Kvak Yunseok, eləcə də Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) “World Trade Academy” Təlim Mərkəzinin əməkdaşları ilə görüşüblər. Görüşlərdə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, birgə təlim və tədbirlərin təşkili, İxrac Akademiyasının təkmilləşdirilməsi və “World Trade Academy”nin təcrübəsinin öyrənilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.